Əlaqə Arxiv
news Image
2016.06.06
15:15
| A A A
Cüdoçumuz Avropa Kubokundan bürünc medal qazandı

İspaniyanın Madrid şəhərində cüdo üzrə Avropa Kubokuna yekun vurulub.


Movqe.az goal.az-a istinadən  xəbər verir ki, 26 ölkədən 255 idmançının mübarizə apardığı mötəbər turnirdə Azərbaycan milli komandasının və "Qəbələ" İdman Klubunun təmsilçisi Cəlil Şükürov da uğurla çıxış edib. 100 kq çəki dərəcəsində qüvvəsini sınayan cüdoçumuz yarışın sonuncu günü tatami üzərinə çıxıb.


İlk qarşılaşmada ispaniyalı Karlos Antonio Qomes Rodrigesi məğlub edən idmançımız ardınca fransalı Klement Delvertə uduzub. Rəqibi finala yüksələn Şükürov təsəlliverici qarşılaşmalara qatılıb. Əvvəl daha bir ispaniyalı Serxio Trilyo Valeryonu mübarizədən kənarlaşdıran cüdoçumuz bürünc medal uğrunda mübarizədə böyük britaniyalı Filip Avitialkarasla üz-üzə gəlib. Görüşün taleyini 2 dəqiqə 14 saniyəyə öz xeyrinə həll edən Şükürov fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

Sizin Reklam Yeriniz