Əlaqə Arxiv
news Image
2016.06.06
15:30
| A A A
"İnter"in səhmlərini çinlilər ələ keçirdi

"İnter"in mətbuat xidməti Çinin "Suning Group" holdinqi ilə strateji əməkdaşlıq bardə məlumat yayıb. Movqe.az goal.az-a istinadən  xəbər verir ki, asiyalı iş adamları Milan klubunun nəzarət paketinə yiyələnib. "Sky İtalia"nın məlumatına görə çinlilər "İnter"in 68.55 % səhmini ələ keçirib. Aksiyaların qalan hissəsinə "International Sports Capital" sahib olacaq. Erik Tohir isə öz postunu saxlayacaq. "Suning Group" Çinin özəl sektorunda ən böyük 3-cü şirkətdir. Holdinqin illik satış həcmi 50 milyard dollar təşkil edir. Firma daşınmaz əmlak, idman, media, əyləncə sənayesi, investisiya və maliyyə sahəsində çalışır. Holdinq Çinin "Jiangsu Suning" klubunun sahibidir. 

Sizin Reklam Yeriniz