news Image
2016.06.07
14:30
| A A A
Azad Rəhimov: "Növbəti Avropa Oyunlarını Rusiya keçirməlidir"

 "2019-cu il II Avropa Oyunlarını başqa ölkə yox, yalnız Rusiya keçirməlidir".


Movqe.az goal.az-a istinadən xəbər verir ki, bunu TASS-a açıqlamasında Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib.


"Rusiya Oyunları keçirməkdən imtina edirsə, bu, mənim kompetensiyamda deyil. Amma Avropa Oyunları yaxşı yarış və idmançılar üçün nəhəng mübarizə təcrübəsidir. Axı onların Olimpiya Kəndində qalmaları vacibdir", - nazir vurğulayıb.


A.Rəhimov əmindir ki, Avropa Oyunlarında iştirak edənlər olimpiadada yaxşı nəticələr göstərəcəklər: "Yəni, belə ab-havada iştirak və həyat təcrübəsi öz sözünü deyəcək. Avropa Oyunları lazımlıdır, bu yarışın çox yaxşı gələcəyi olmalıdır. Fikrimcə, bu baxımdan, Rusiya idmançılara kömək edəcək, Kazan isə onları dəstəkləyəcək".


Qeyd edək ki, I Avropa Oyunları 2015-ci il iyunun 12-dən 28-dək Bakıda keçirilib. Rusiya yığması 164 medalla (79 qızıl, 40 gümüş, 45 bürünc) ümumi komanda hesabında birinci olub. Daha öncə Rusiyanın idman naziri Vitali Mutko 2019-cu ildə II Avropa Oyunlarını keçirməyəcəklərini açıqlayıb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs