Əlaqə Arxiv
news Image
2016.06.08
14:20
| A A A
İki mindən çox fanat Fransaya buraxılmayacaq

Təxmini sayı 2300 civarında olan futbol azarkeşinin Fransaya gəlməsinə qadağa qoyulub. Movqe.az goal.az-a istinadən xəbər verir ki, Fransanın Daxili İşlər naziri Bernar Kaznyov onların intizamsız hərəkətləri ilə ad çıxarmış azarkeşlər olduğunu bildirib."Fransa hökuməti xuliqanların iştirakı ilə meydana gələ biləcək konfliktlərin qarşısını almaq üçün bir sıra tədbirlər görür. Hazırda 2355 şəxs aqressiv azarkeşlər siyahısına düşüb. Onlara öz ölkələrində stadiona girmək qadağandır. Bu şəxslərə Fransaya giriş icazəsi verilməyəcək. Asayişin qorunması üçün 180 əcnəbi polis dəvət etmişik. Təhlükəsizlik keşikçiləri həm stadion, həm də fan-zona, hava limanı və vağzallarda olacaq".

Sizin Reklam Yeriniz