news Image
2016.06.10
10:00
| A A A
Futbol üzrə Avropa çempionatı başlayır

Fransada futbol üzrə Avropa çempionatı başlayır.Çempionatda ilk dəfə 24 yığma komanda 6 qrupda mübarizə aparacaq.Turnirin açılış mərasimi ilk oyundan yarım saat əvvəl başlayacaq. Fransalı DJ Devid Qetta səhnəyə çıxaraq AVRO-2016-nın rəsmi himnini səsləndirəcək. Tədbirlə əlaqədar 63 ölkədən 800-ə yaxın könüllü seçilib.Avropa çempionatının açılış oyunu Fransa və Rumıniya komandaları arasında keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.Bir ay davam edəcək turnirin oyunları Fransanın 10 müxtəlif şəhərinin stadionunda keçiriləcək. Oyunları İngiltərə, Almaniya, Türkiyə, Şotlandiya, İsveç, Rumıniya, Rusiya, Macarıstan, Çexiya, Hollandiya, Polşa, Serbiya, Norveç, İtaliya, Sloveniya və Fransadan olan hakimlər idarə edəcəklər. A, B, C, D, E və F qruplarında mübarizə aparacaq komandalardan ilk iki yeri tutanlar 1/8 finala vəsiqə qazanacaqlar. Üstəlik, qrup mərhələsində ən yaxşı üçüncü yerin sahibi olan 4 komanda da növbəti mərhələyə yüksələcək. Qrup mərhələsinin oyunları iyunun 22-də başa çatacaq. Avropanın ən güclü yığma komandasını müəyyən edəcək qarşılaşma iyulun 10-da olacaq.

Artıq turnirin kuboku Fransadakı iki aylıq turnedən sonra Parisə gətirilib.


Avropa çempionatı, ilk tur


A qrupu


23:00. Fransa - Rumıniya


Baş hakim: Viktor Kaşşaiyə


Hakimlər: Dyord Rinq, Ventsel Tot yan xətt, Tamaş Boqnar, Adam Farkaş (Macarıstan)


Ehtiyat hakimlər: Byorn Kuypers, Sander van Rukeldir (Hollandiya)


Sen-Deni. "Stad de France"


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs