Əlaqə Arxiv
news Image
2016.06.13
12:22
| A A A
I divizion klublarına lisenziya verilmədi

Bu gün AFFA İcraiyyə Komitəsinin növbəti toplantısı keçirilib.


Movqe.az goal.az-a istinadən  xəbər verir ki, iclasın əsas mövzusu yeni mövsümdə Premyer Liqada çıxış edəcək klubların müəyyənləşdirilməsi olub. Toplantıdan sonra I dəstənin heç bir klubuna Premyer Liqada iştirak etmək üçün lisenziya verilmədiyi açıqlanıb. Beləliklə, 2016/2017-ci illər mövsümündə Premyer Liqada 8 komanda mübarizə aparacaq. 


Bundan başqa, klubların legioner futbolçular üçün rüsumu 5 min manata salınıb. Peşəkar Futbol Liqası tərəfindən cərimələrin də 20 faiz azaldılması nəzərdə tutulur.

Sizin Reklam Yeriniz