Əlaqə Arxiv
news Image
2016.06.14
15:15
| A A A
"Qəbələ" ilk yoxlama oyununu keçirdi

2016-2017 mövsümünə hazırlığı davam etdirən "Qəbələ" Bakıda baş tutan təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama matçını keçirib. 


 


Movqe.az goal.az-a istinadən  xəbər verir ki, "qırmızı-qaralar" "Bakı" ilə görüşüb. 


 


Qarşılaşma paytaxtın eyniadlı təmsilçisinin bazasının stadionunda baş tutub. Komanda oyunun hər hissəsini fərqli heyətlə keçirib. Matç 1:1 hesabı ilə nəticələnib.


"Qəbələ" növbəti yoxlama oyununu iyunun 15-də keçirəcək. Roman Qriqorçukun yetirmələri U-19 Liqasında çıxış edən futbolçulardan ibarət yığma ilə üz-üzə gələcək. "Bakı"nın bazasında baş tutacaq qarşılaşma saat 18:00-da başlayacaq.

Sizin Reklam Yeriniz