Əlaqə Arxiv
news Image
2016.06.16
15:31
| A A A
Formula 1 münasibətilə Dreamland Qolf Klubunda növbəti qolf turniri keçirildi

17-19 iyun tarixlərində Bakıda keçiriləcək Formula 1 münasibətilə Dreamland Qolf Klubunda növbəti qolf turniri keçirildi. 12 iyun tarixində təşkil edilən turnirdə 72 qolfçu iştirak edib. Son dövrlərdə şəhər həyatının bir parçasına çevrilən mini qolf yarışları qolf sevərlər arasında çox məşhurlaşmışdır.

Formula 1 yarışları tərəfindən sposnorluq edilən bu turnirdə qaliblərə hədiyyələr də qurum tərəfindən təmin edilirdi. Qaliblərə təqdim edilən hədiyyələrə Formula 1 yarışlarına bilet, yarış münasibnətilə təşkil ediləcək konsertə biletlər və s. daxil idi. Qolf sahəsindəki 4-cü dəlikdə yaradılmış pit stopda isə qolfçular yüngül qəlyanaltı və Julius Meinl qəhvəsinə qonaq edilirdilər. Səhər saatlarından etibarən qolf kluba gələn qonaqlar səhər yeməyindən sonra Qolf Akademiyasına oyuna hazırlaşmaq üçün yollanırlar. Turnir başlamazdan əvvəl komandalar öz aralarında kiçik brifinq edirlər. daha sonra sahəyə öz güclərini sınamağa gedirlər. Günün qalibləri isə Stiven Parkes, Con Veston, Nik Hor və Ben Stensberiden ibarət komanda oldu. Onlar 61.4 xalla birinci yeri tutdular. İkinci yerə 62.9 xalla Qevin Makkenzi, Robert Odonohi, Con Kuin, Gerard Makkenna tutdular.  Üçüncü yerə isə 63 xalla Alan Berns, Daniel Li, Din Makivan, Styuart Kinq layiq görüldülər.  Turnir çərçivəsində qolfçular Formula 1 yarışları tərəfindən sposnsorluq edilən səriştə tələb edən digər müsabiqələrdə də iştirak etdilər.

Nəticələ aşağıdakı kimi oldu. 


4-cü dəlikdə ən yaxın "pin" – Robert Odonohi

17-ci dəlikdə ən yaxın "pin" – Styuart Kinq

6-cı dəlikdə ən uzun "drayv" – Syuzi Drammond

14-cü dəlikdə ən uzun "drayv" – Robert Odonohi

Mükafatlandırma mərasimindən sonra isə qonaqlar italyan mətbəxinin təamlarında dadmağa dəvət edildilər.




Sizin Reklam Yeriniz