Əlaqə Arxiv
news Image
2016.06.17
13:34
| A A A
Avro-2016: Türkiyə İspaniya ilə qarşılaşacaq

Bu gün futbol üzrə Avropa çempionatının 3 oyunu keçiriləcək.


Movqe.az goal.az-a istinadən  xəbər verir ki, "E" qrupu çərçivəsində İtaliya və İsveç komandaları qarşılaşacaq. İlk oyunda Belçikanı minimal hesabla məğlub edən Antonio Kontenin yetirmələri qələbə qazanacağı təqdirdə, 1/8 finala vəsiqəni təmin edəcək. Aktivində bir xal olan İsveç isə növbəti mərhələ şanslarını saxlamaq üçün 3 xal qazanmalıdır. 


"D"qrupunun ilk oyununda azarkeşlər Çexiya - Xorvatiya oyununu izləyə biləcək. Xorvatlar qalib gələcəyi təqdirdə növbəti mərhələyə vəsiqəni təmin etmiş olacaqlar. Belə olan halda Çexiya Avropa çempionatının qrup mərhələsində son oyununu Türkiyəyə qarşı keçirib evinə yollanacaq. Çexlər qələbə qazanarsa, o zaman Xorvatiya ilə xallarını eyniləşdirəcək və qitə turnirində yoluna davam etmək üçün son oyunu göləzməli olacaq.


Günün son oyunu İspaniya və Türkiyə komandaları arasında olacaq. İspanlar 1/8-ə vəsiqəni təmin etmək üçün, Türkiyə isə AÇ-də yoluna davam etmək üçün qələbəyə çalışacaq. 


E qrupu


17:00. İtaliya - İsveç


Baş hakim: Viktor Kaşşai


Tuluza şəhər stadionu


D qrupu


20:00. Çexiya - Xorvatiya


Baş hakim: Mark Klattenburq


Sent-Etyen. "Joffrua Gişar" stadionu


23:00. İspaniya - Türkiyə


Baş hakim: Milorad Majiç


Nitsa. Nitsa şəhər stadionu

Sizin Reklam Yeriniz