news Image
2016.06.18
20:30
| A A A
Niko Rosberq Formula 1-in təsnifat mərhələsinin qalibi oldu (YENİLƏNİB) (SİYAHI/FOTO)

Bakıda "Formula 1" Avropa Qran Prisinin təsnifat mərhələsi başa çatıb.

Movqe.az-ın məlumatına görə, poulu Niko Rosberq qazanıb. Onun nəticəsi 1:42.758 olub. Sonrakı yerləri, müvafiq olaraq, Serxio Peres (1:43.515) və Daniel Rikkardo (1:43.966) tutublar.

Beləliklə, sabah Bakıda Avropa Qran Prisinin startında pilotlar aşağıdakı mövqeləri tutacaqlar:

1. Niko Rosberq - "Mercedes"
2. Serxio Peres - "Force India"
3. Daniel Rikkardo - "Red Bull Racing"
4. Sebastian Fettel - "Ferrari"
5. Kimi Raykonnen - "Ferrari"
6. Felipe Massa - "Williams"
7. Daniil Kvyat - "Red Bull Racing"
8. Valtteri Bottas - "Williams"
9. Maks Ferstappen - "Toro Rosso"
10. Luis Hamilton - "Mercedes"
11. Roman Qrojan - "Haas"
12. Niko Hyulkenberq - "Force India"
13. Karlos Sayns - "Toro Rosso"
14. Fernando Alonso - "McLaren"
15. Esteban Qutyerres - "Haas"
16. Felipe Nasr - "Sauber"
17. Rio Haryanto - "Manor"
18. Paskal Verlyayn - "Manor"
19. Censon Batton - "McLaren"
20. Markus Erikson - "Sauber"
21. Kevin Maqnussen - "Renault"
22. Kolion Palmer - "Renault"

Qeyd edək ki, Bakıda "Formula 1" Avropa Qran Prisi keçirilir.

Hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışırlar.

Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Burada, həmçinin "Paddok klub", komandaların boksları və pit-leyn qurulub./trend/

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs