Əlaqə Arxiv
news Image
2016.06.20
08:00
| A A A
Putin rus azarkeşlərinin saxlanılmasına münasibət bildirib

Putin rus azarkeşlərinin saxlanılmasına münasibət bildirib

Fransada saxlanılan və haqqında deportasiya qərarı çıxarılan rus azarkeşləri ilə bağlı məsələyə Vladimir Putin də münasibət bildirib. Movqe.az Goal.az-a istinadla xəbər verir ki, Rusiya Federasiyasının dövlət başçısı toqquşmalarda iştirak edən azarkeşləri qınayıb.

"Həqiqətən, 200 rus azarkeşinin bir neçə min ingilis fanatına necə hücum etdiyini anlaya bilmirəm. Hər kəsə eyni yanaşma sərgilənməlidir. Biz azarkeş birlikləri ilə çalışacağıq. Ümid edirəm, orda qanun pozulmasının yalnız zərər verdiyini dərk edən xeyli ağıllı və düşüncəli insanlar var. Rusiyanın idman sahəsində nə dopinqə, nə də azarkeş intizamsızlığı ilə bağlı dəstəyindən söhbət gedə bilməz".

Sizin Reklam Yeriniz