news Image
2016.06.19
21:00
| A A A
Azərbaycan Prezidenti və xanımı "Formula 1" Avropa Qran Prisinin qaliblərini mükafatlandırıblar

Bu gün Bakıda "Formula 1" Avropa Qran Prisinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Movqe.az-ın məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev "Formula 1" Avropa Qran Prisinin qalibi olan "Mercedes" komandasının pilotu Niko Rosberqə Kuboku təqdim edib.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva "Mercedes AMG F1" komandasının texniki direktoruna Konstruktorlar Kubokunu təqdim edib.

Finişi ikinci keçən Sebastyan Fettelə ("Ferrari") mükafatı Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, üçüncü yeri tutmuş Serxio Peresə ("Force India") mükafatı isə Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov təqdim edib./trend/

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs