Əlaqə Arxiv
news Image
2016.06.20
12:40
| A A A
Qadın güləşçilər Polşada 1 qızıl və 2 bürünc medal qazandılar

Polşanın Spala şəhərində qadın güləşi üzrə "Poland Open" XX beynəlxalq turnir keçirilib. Baş məşqçi Semyon Çterev və böyük məşqçi Nazim Əlicanovun rəhbərliyi altında yarışda Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Nataliya Sinişin, Yuliya Ratkeviç və Alyona Kolesnik (hamısı 58 kq) iştirak edib. Güləşçilərimiz turniri 1 qızıl və 2 bürünc medalla başa vurub. 48 kq çəkidə mübarizə aparan komandanın lideri Mariya Stadnik bütün rəqiblərindən üstün olub və turnirin qızıl medalına yiyələnib. Bürünc medalları isə yığmamıza Anjela Doroqan (53 kq) və Nataliya Sinişin (58 kq) qazandırıb. Nataliya Sinişin həlledici görüşdə komanda yoldaşı Yuliya Ratkeviçdən üstün olub./goal.az/ 

Sizin Reklam Yeriniz