Əlaqə Arxiv
news Image
2016.06.22
11:30
| A A A
Mikayıl Rəhmanov qızıl, Azər Nəsibli gümüş medal qazandı

Rumıniyanın paytaxtı Buxarest şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı start götürüb.


Movqe.az goal.az-a istinadən  xəbər verir ki, çempionatın ilk günündə 50, 60, 74 və 96 kq çəkidə yunan-Roma güləşçiləri mübarizə aparıb. Güləşçilərimiz günü 1 qızıl və 1 gümüş medalla başa vurub.


50 kq çəkidə yarışan Azər Nəsibli mübarizəyə 1/4 final mərhələsindən qoşulub. İlk olaraq macar rəqibini tam üstünlüklə məğlub edən güləşçimiz yarımfinalda Belarus təmsilçisi ilə görüşdən də qalib ayrılıb. Finala yüksələn Azərin


 son görüşdə rəqibi Gürcüstan idmançısı olub. Gərgin keçən görüş rəqibin xeyrinə başa çatıb. Azər Nəsibli çempionatın gümüş medalına sahib olub.


60 kq çəkidə mübarizə aparan Mikayıl Rəhmanov ilk olaraq Almaniya təmsilçisi ilə qarşılaşıb. Gərgin keçən görüşü minimal üstünlüklə qalib tamamlayan pəhləvanımız ardınca Rumıniya təmsilçisini də mübarizədən kənarlaşdırıb. Yarımfinald Bolqarıstan idmançısına qalib gələn Mikayıl finala yüksəlib. Həlledici görüşdə pəhləvanımız Gürcüstan təmsilçisinə vaxtından əvvəl qalib gələrək Avropa çempionatının qızıl medalını qazanıb.

Sizin Reklam Yeriniz