Əlaqə Arxiv
news Image
2016.06.25
19:30
| A A A
AÇ-2016: Qrup mərhələsinin “ən”ləri

İyunun 10-da start götürən AÇ-2016-da qrup mərhələsi artıq geridə qalıb.Movqe.az goal.az-a istinadən  xəbər verir ki, ilk dəfə 24 komandanın qatıldığı qitə birinciliyinin qrup mərhələsi maraqlı məqamlarla yadda qaldı. 6 qrupda keçirilən ümumilikdə 36 oyunda qapılara 69 qol vuruldu. Bu isə orta hesabla hər matçın payına heç 2 qolun düşməməsi deməkdi. ən məhsuldar qrup F qrupu olub. "Avropanın Braziliyası" adlandırılan Portuqaliyadan fərqli olaraq, AÇ-də əvvəlcədən şansları yüksək dəyərləndirilməyən Macarıstan, İslandiya və Avstriyanın birgə yer aldıqları qrupda 15 qol vurulub. Sonrakı pillələrdə B və D qrupları qərarlaşıb – hərəyə 14 qol. Ən az qol isə C qrupunun oyunlarında qeydə alınıb. Son dünya çempionu Almaniyanın sakini olduğu qrupda cəmi 7 dəfə qol səsi çıxıb.


 


A qrupu: 9 qol, B qrupu: 14 qol, C qrupu: 7 qol, D qrupu: 14 qol, E qrupu: 10 qol, F qrupu: 15 qol


 


Qrup mərhələsinin ən məhsuldar futbolçuları Alvaro Morata və Qaret Beyl olub. Onların hər ikisinin aktivində 3 qol var. İspaniya yığmasının hücumçusu Morata 3 qola 2 fərqli oyunda imza atdığı halda, Beyl hər 3 görüşdə fərqlənib. Madrid "Real"ının futbolçusu AÇ-2016-nın qrup mərhələsinin bütün matçlarında qol sevinci yaşayan yeganə futbolçudu.


 


İlk baxışdan qrup mərhələsində ən çox qol vuran komandanın nəhənglərdən biri olduğunu düşünmək olar. Amma heç də elə deyil. Nə qədər qəribə səslənsə də, AÇ-2016-da keçirdiyi ilk 3 oyunda ən çox qol vuran yığmalar Uels və Macarıstandı. Bu sarıdan ən pis göstəriciyə isə Ukrayna malikdi.


 


Ən çox qol vuran komandalar: Uels və Macarıstan – 6 qol


Ən az qol vuran komandalar: Ukrayna - 0, Albaniya, İsveç və Avstriya – 1 qol


Ən çox qol buraxan komandalar: Rusiya – 6, Ukrayna və Çexiya – 5


Ən az qol buraxan komandalar: Almaniya və Polşa – 0, Fransa, İsveçrə və İtaliya – 1


 


AÇ-2016-nın qrup mərhələsində 4 penalti dəqiq yerinə yetirilib. Yarışda hələlik 2 avtoqol vurulub. Bunlara İrlandiya – İsveç matçında (1:1) birincilərin futbolçusu Klark və İslandiya – Macarıstan görüşündə (1:1) islandların oyunçusu Saevarsson imza atıb. Qrup mərhələsinin ən bol qollu matçı isə Macarıstan – Portuqaliya qarşılaşması olub - 3:3. Turnirdə qol vurulmayan 4 qarşılaşma keçirilib. Bunlar İsveçrə - Fransa, Slovakiya – İngiltərə, Almaniya – Polşa və Portuqaliya – Avstriya oyunlarıdı.


 


AÇ-2016-nın qrup mərhələsində vurulan 69 qoldan cəmi 24-ü ilk hissədə qeydə alınıb. Qalan 45 qola isə iştirakçılar fasilədən sonra imza atıblar. Bu isə ilk hissə ilə müqayisədə ikinci hissənin daha maraqlı və məhsuldar keçdiyini göstərir.


 


Avropa çempionatında hələlik ən diqqət çəkən hesab 1:0-dı. Belə ki, qrup mərhələsində 10 dəfə tək qollu qələbə qeydə alınıb.  


 


0:0 – 4 dəfə


1:0 – 10 dəfə


1:1 – 5 dəfə


2:0 – 6 dəfə


2:1 – 6 dəfə


3:0 – 3 dəfə


2:2 – 1 dəfə


3:3 – 1 dəfə





Sizin Reklam Yeriniz