Əlaqə Arxiv
news Image
2016.06.27
13:15
| A A A
Messi Argentina millisindən getdi

Lionel Messi Argentinanın Amerika Kubokunun finalındakı məğlubiyyətindən sonra milli karyerasını başa vurduğunu açıqlayıb. Movqe.az goal.az-a istinadən  xəbər verir ki, komandanın kapitanı bunları deyib:"Qərarımı artıq vermişəm. Milli komanda ilə titul qazanmaq üçün çox çalışdım. Bizdə yenə bir şey alınmadı. Çox vacib penaltini vura bilmədim, vəssalam. Paltardəyişmə otağında qərara gəldim ki, millidəki vaxtım sona çatdı. Mən 4 finalda uduzdum. Biz qalib gəlmək üçün çalışdıq, amma olan oldu. Gedirəm. Belə hamı üçün yaxşı olar. Finalda uduzmaq bizi qane edə bilməz. Argentina ilə çempion olmaq istədim, amma alınmadı".

Sizin Reklam Yeriniz