Əlaqə Arxiv
news Image
2016.06.29
11:22
| A A A
Almaniyalı model Pərdis Fərcad-Azaddan əl çəkmək istəmir

Pərdis Fərcad-Azadı təcavüzdə günahlandıran, lakin bu iddiası qəbul edilməyən Gina-Liza Lohfink məhkəmədə uduzduqdan sonra sakitləşməyib. Movqe.az goal.az-a istinadən  xəbər verir ki, böhtan atdığına üçün 27 min dollar cərimələnən model apellyasiya şikayəti təqdim edib. Berlin məhkəməsi bir neçə gün öncə qərarını açıqladığı zaman həm Lohfink, həm də onun vəkili zalda səs-küy yaratmışdı. Hakimin qərarı ilə razılaşmayan Gina-Liza cəriməni ödəməkdən imtina edib. Pərdis Fərcad-Azad məhkəmə prosesində sorğu-sual olunarkən, Lohfink ağlayıb və zalı tərk etmək məcburiyyətində qalıb. Nəticədə məsələ bağlanmayıb. 4 ildir uzanan məhkəmə prosesinin avqustun 8-dək davam etdirilməsi lazım bilinib.


Lohfinki 27 min dollar məbləğində cərimələyən Berlin məhkəməsi Pərdis Fərcad-Azad və adı zorlamada günahlandırılan Sebastian adlı digər şəxsə isə 1500 dollar cərimə kəsmişdi. Buna səbəb kimi isə onların Lohfinklə seks prosesini videoya çəkmələri və onu internetdə yaymaları göstərilmişdi.


Qeyd edək ki, Gina-Liza Lohfink 2012-ci ildə məhkəməyə müraciət edərək, Pərdis Fərcad-Azad və Sebastian adlı digər şəxs tərəfindən təcavüzə məruz qaldığını iddia etmişdi.

Sizin Reklam Yeriniz