Əlaqə Arxiv
news Image
2016.06.29
16:00
| A A A
"Qəbələ" “Samtredia” oyun öncəsi vaxtı dəyişdi

İyunun 30-u UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyununda "Qəbələ" Gürcüstanın "Samtredia" komandasını qəbul edəcək.


Movqe.az goal.az-a istinadən xəbər verir ki, "Bakcell Arena"da baş tutacaq "Qəbələ" - "Samtredia" matçı öncəsi keçiriləcək mətbuat konfransı və açıq məşqin vaxtı dəyişdirilib. "Qırmızı-qaralar"ın baş məşqçisi Roman Qriqorçukun sabah - iyunun 29-da baş tutacaq mətbuat konfransı saat 18:45-də başlayacaq. Tədbir arenanın media zalında keçiriləcək. "Qəbələ"nin oyunöncəsi son məşqi isə 19:30-da start götürəcək.


Xatırladaq ki, saat 20:30-da "Samtredia"nın çalışdırıcısı Giya Tsetzadze media nümayəndələrinin suallarını cavablandıracaq. Qonaqların məşqi isə 21:00-da başlayacaq.

Sizin Reklam Yeriniz