news Image
2016.06.30
10:40
| A A A
Bu gün Avropa çempionatının ilk yarımfinalçısı müəyyənləşəcək
¼ finalda Portuqaliya Polşa ilə üz-üzə gələcək

Bu gün futbol üzrə Avropa çempionatının ilk yarımfinalçısı müəyyənləşəcək.

Movqe.az-ın məlumatına görə, günün tək oyununda Polşa və Portuqaliya komandaları üz-üzə gələcək.

1/8 finalda Polşa İsveçrəni məğlub edib. 1:1 hesabı ilə başa çatan oyunun penaltilər seriyasında polşalılar daha dəqiq olaraq 1/4 finala yüksəliblər - 4:5. Portuqaliya isə əvvəlki mərhələdə Xorvatiyanı minimal hesablı qələbə ilə turnirdən kənarlaşdırıb.

Cütün qalibi finala çıxmaq üçün Uels və Belçika komandalarının güclüsü ilə qarşılaşacaq.

Avropa çempionatı, 1/4 final

23:00. Polşa - Portuqaliya

Baş hakim: Feriks Brıx

Yan xətt hakimləri: Mark Borş, Ştefan Lupp

Əlavə köməkçi hakimlər: Bastian Dankert, Marko Frits (hamısı Almaniya)

Dördüncü hakim: Milorad Majiç

Ehtiyat köməkçi hakim: Milovan Ristiç (hər ikisi Serbiya)

Hakim-inspektor: Pyerluici Kollina (İtaliya)

UEFA nümayəndəsi: Roland Ospelt (Lixtenşteyn)

Marsel. "Velodrom" stadionu

Qeyd edək ki, 1/4 finalın digər oyunları 1-3 iyulda keçiriləcək.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs