Əlaqə Arxiv
news Image
2016.07.01
15:22
| A A A
Ronaldo: "Heç kim yarımfinala çıxacağımızı gözləmirdi"

Portuqaliya millisi AVRO-2016-nın yarımfinal mərhələsinə vəsiqə qazanıb. Pireney təmsilçisi 1/4 finalda Polşanı oyunsonrası penaltilərlə mübarizədən kənarlaşdırıb. Movqe.az goal.az-a istinadən  xəbər verir ki, millinin kapitanı Kriştianu Ronaldo matçla bağlı bunları deyib:


"Biz layiqli qələbə qazandıq. Oyundan qol vura bilmədim, amma var gücümlə mübarizə apardım. Əvəzində bu gün Sanşeş fərqləndi. Onu təbrik edirəm. Bəlkə də, bizim yarımfinala çıxacağımızı heç kim gözləmirdi. Penalti həmişə lotoreyadır. Bu zərbələri yerinə yetirənlərin haqqını vermək lazımdır. Ümumi götürəndə, biz yaxşı oynadıq. Rəqibdən daha çox qol imkanımız vardı. Lakin onları reallaşdıra bilmədik. Artıq yarımfinaldayıq. İndi hər şey mümkündür".

Sizin Reklam Yeriniz