Əlaqə Arxiv
news Image
2012.04.22
22:55
| A A A
“Qvardiola fantastik məşqçidir”

Kataloniyanın "Barselona" klubunun yarımmüdafiəçisi Xavi Ernandes komandalarının baş məşqçisi Xosep Qvardiola barədə müsbət fikirlər səsləndirib. Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı məlumata görə, o, Qvardiolanın ən azı daha bir il "Barsa"da işləməsini arzuladığını deyib. "Qvardiola fantastik məşqçidir. Heç bir məşqçi taktikanı onun qədər bilə bilməz. Bundan başqa, o, komandanı əla səviyyədə motivasiya edir. Biz Peplə fəxr edirik. Qvardiola "Barselona"ya baş məşqçi təyin ediləndə bəzi insanlar onun uğur qazanacağına inanmırdılar. Amma sonradan sübut olundu ki, o, yüksək səviyyəli məşqçidir. Futbolçular isə Qvardiola çalışdıqları ilk gündən bundan əmin idilər. Mənim üçün çox vacibdir ki, Qvardiola "Barselona"da işini davam etdirsin" – deyə Xavi bildirib.

Sizin Reklam Yeriniz