news Image
2016.11.29
19:30
| A A A
İdman dünyasını sarsıdan təyyarə qəzaları - FOTOLAR
Braziliyanın "Chapecoense" klubunun üzləşdiyi təyyarə qəzaları futbol dünyasında yaşanan digər təyyarə qəzalarını yada saldı.

Movqe.az goal.az-a istinadən  xəbər verir ki, "Torino", "Manchester United" klubları və Zambiya millisi bu acını daha əvvəl yaşayan komandalar sırasındadırlar.

 

1948-ci il "Torino" faciəsi

İlk qəza 1949-cu ilin 4 mayında yaşanıb. Həmin dövrdə İtaliya futbolunun uğurlu klublarından olan "Torino" "Allİtalia" hava limanına məxsus FİATG212CP təyyarəsi ilə 672 metr yüksəklikdə yerləşən Superqa təpəsində yerləşən bazilikaya çırpıldı. Təyyarədəki 18-i futbolçu olmaqla, klub rəhbərliyi və jurnalistlər daxil olmaqla 31 nəfər həyatını itirdi. "Torino" bu qəzayə qədər oynadıqları 93 oyundan 83-ünü qələbə ilə tamamalamış, son 4 ildə çempionluq yaşamışdı.

"Manchester United" 8 futbolçusunu itirdi

İngiltərənin "Manchester United" 1958-ci ilin 5 fevral tarixində Yuqoslaviyada "Srvena Zvezda"nı məğlub edərək yarımfinala yüksəldi. Dönüş üçün hazırlanan komanda Yuqoslaviyadan yanacaq üçün eniş etmədən Mançesterə çata bilməyəcəkdi. Yanacaq doldurmaq üçün Münhendə eniş edən təyyarə yanacaq aldıqdan sonra Mançesterə gedəcəkdi. Pilotların 2 dəfə qalxmaq cəhdi uğursuz alındı. Səhər saat 3 radələrində 3-cü cəhddən sonra təyyarə havaya qalxdı. Ancaq təyyarə lazımı hündürlüyə qalxmadı və havalimanını əhatə edən tellərə yaxınlıqdakı boş evə çırpılaraq yerə düşdü. Qəzada 8 futbolçusunu itirən "qırmızı şeytanlar" yarımfinalın ilk oyununda "Milan"a qalib gəlsələr də, ikinci oyunda məğlub olaraq mübarizəni dayandırdılar. Komanda həmin il İngiltərə kubokunda da finala çıxdılar.

Met Bazbinin ağır yaralı olaraq xilas olduğu qəzadan sağ çıxan digər futbolçular Conni Berri, Ceki Blanşflauer, Bobbi Çarltn, Bill Folkes, Harri Qreq, Ken Morqans, Albert Skanln, Denis Violet və Rey.

Zambiya millisi 18 futbolçusunu itirdi

Zambiya millisini 1993-cü ildə Qabonun Libreville şəhərinə aparan təyyarə qəza etdi. 1994-cü ildə Dünya çempionatına qatılmağı hədəfləyən Zambiya millisi Qabon ilə səfər oyunu üçün təyyarə ilə yola düşür. Yolda yanacaq üçün eniş edən və bu zaman texniki nasazlığı olan təyyarə yoluna davam etməyə qərar verdi. Ancaq təyyarənin eniş edəcəyi hava limanına az qalmış təyyarə düşdü. 30 nəfərin həyatını itirdiyi qəzada Zambiya millisinin oyunçuları və texniki heytindən 18 nəfər həyatını itirdi.

"Lokomotiv" Yaroslavl - 2011-ci il

Çətin hava şəraiti ilə tanınan Rusiya 2011-ci ildə təyyarə qəzasına şahidlik etdi. "Lokomotiv" hokkey komandasını Belarusiyada keçirilən çempionata aparan təyyarə Yaroslavldakı "Tunosna" hava limanından qalxarkən yaxınlıqdakı "Volqa" gölünə düşdü. Təyyarədəki 45 nəfərdən 43-ü həyatını itirdi 2 nəfər isə yaralı halda qəzadan sağ qurtuldu.Sözügedən qəzada klubda çıxış edən Avropanın ən yaxşı hokkeyçiləri yer alırdı.

Rusiya üçün bu ilk qəza deyildi. Belə ki, 1950-ci ildə Yekaterinburqda baş verən qəzada "Moskva" 11 oyunçusunu itirmişdi. 1979-cu ildə isə Özbəkistan çempionatında mübarizə aparan "Paxtakor"un 17 əməkdaşı qəza nəticəsində həyatını itirmişdi.

 

Digər qəzalar

1972-ci ildə reqbi komandasının da içində olduğu Uruqvay təyyarəsi And dağlarında qəzaya düşmüş, bu qəzada 16 nəfər sağ qalmışdı.

 

11 avqust 1970-ci ildə Ukraynanın Dneprdzerjestnk şəhərində 2 təyyarənin toqquşması 17 idmançının ölümü ilə nəticələndi.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs