Əlaqə Arxiv
news Image
2016.12.09
15:37
| A A A
"Barcelona" 34 yaşlı futbolçunu transfer edir

"Barcelona" Xorvatiya millisinin sabiq üzvü, hazırda Donetskin "Shakhtar" klubunda forma geyinən  Dario Srnanın transfer etməkdə israrlıdır. 

Movqe.az-ın  goal.az-a istinadən  məlumatına görə, bu barədə məlumatı "Şaxtyor"un baş məşqçisi Paulo Fonseka verib. O bildirib ki, "Barsa" 34 yaşlı futbolçuya rəsmi təklif göndərib: "Əlbəttə, "Barcelona"nın Srnanı transfer etmək istəməsindən xəbərim var. Ancaq son qərarı mən verməyəcəm. Srna klubumuz üçün çox önəmli futbolçudu. O, burada çox yaxşı futbol sərgiləyir. Əgər getsə, bizim üçün problem olacaq". 

Qeyd edək ki, "Barcelona" Dani Alveşin gedişindən sonra müdafiənin sağında yaranan boşluğu məhz 34 yaşlı futbolçu ilə doldurmaq niyyətindədi. 

Onu da xatırladaq ki, 2003-cü ildə "Shakhtar"a transfer olunan futbolçu komandanın heyətində bir çox uğurlar qazanıb. 

Sizin Reklam Yeriniz