Əlaqə Arxiv
news Image
2017.01.09
17:15
| A A A
Dopinq qalmaqalı bu dəfə işimizə yaradı

Azərbaycan London-2012 Olimpiya oyunları medalları siyahısına daha birini əlavə edib.

Movqe.az goal.az-a istinadən  xəbər verir ki, pomorska.pl saytı dopinq qalmaqallarından sonra ağır atletimiz İntiqam Zairovun aktivinə gümüş medal yazdırdığı barədə məlumat yayıb.

Olimpiadanı 6-cı yerdə başa vuran idmançımız dopinq qalmaqalında ilişsə də, sonradan bəraət alıb. Digər idmançıların dopinqdə ilişməsi nəticəsində 6-cı olan idmançımız 2-ci pilləyə yüksəlib. Qızıl medal isə iranlı Səid Məhəmmədpurkarkaranın olub.

Həmçinin Beynəlxalq Ağır Atletika Federasiyasının rəsmi saytında da İntiqam Zairov London Olimpiadasının 2-cisi kimi göstərilib.

Sizin Reklam Yeriniz