Əlaqə Arxiv
news Image
2017.01.11
16:56
| A A A
Millimiz Qazaxıstanla "sülh bağladı"

FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə  həsr olunmuş 29-cu beynəlxalq turnirin oyunları davam edir.  Movqe.az goal.az-a istinadən xəbər verir ki, U-19  millimiz bu gün ikinci oyununa çıxıb. Komandamız Qazaxıstan millisi ilə üz-üzə gəlib. Qarşılaşma 2:2 hesablı heçə ilə başa çatıb. Bununla da millimiz qrupda ilk xalını əldə edib. Qrupun digər oyununda Slovakiya ilə Litva milliləri qarşılaşacaq.

 Qeyd edək ki, yığmamız ilk oyunda Litvaya (1:2) bu hesabı ilə məğlub olub.

11 yanvar

13:00. Azərbaycan - Qazaxıstan - 2:2

Qollar: Kaşken Dinmuxammed, 18, Seidaxmet Yerkebulan, 53 - Rafael Məhərrəmli, 45, Fərid Nəbiyev, 82

Sizin Reklam Yeriniz