Əlaqə Arxiv
news Image
2017.01.13
15:22
| A A A
Arda Turandan Çin klubuna "yaşıl işıq"

"Barcelona"nın yarımmüdafiəçisi Arda Turan karyerasını Çində davam etdirməyə yaxındır.

Movqe.az goal.az-a   istinadən xəbər verir ki, 29 yaşlı futbolçu "Shanghai Shenhua" ilə razılığa gəlib. Çin klubu Ardaya ildə 20 milyon avro məvacib təklif edir. Məlumata görə hazırda klublar transferin qiymətini müzakirə edirlər. 2015-ci ildə "Atletico"dan katalonların heyətinə qoşulan Ardanın cari müqaviləsi 2020-ci ildə başa çatacaq.

Qeyd edək ki, daha öncə "Guangzhou Evergrande" klubundan da türk havbekə təklif gəldiyi bildirilirdi. 

Sizin Reklam Yeriniz