Əlaqə Arxiv
news Image
2017.01.16
17:44
| A A A
Voleybolçularımız AÇ-nin II seçmə mərhələsini sonuncu yerdə başa vurdu

Movqe.az goal.az-a istinadən xəbər verir ki, qadınlardan ibarət U-18 voleybol yığmaları arasında keçirilən Avropa Çempionatının (AÇ) II seçmə mərhələsinin oyunları başa çatıb.

Rumıniyanın Ploieşti şəhərində baş tutan "E" qrupunun sonuncu oyun günündə Azərbaycan millisi Rumıniya ilə qarşılaşıb.

Görüş meydan sahiblərinin tam üstünlüyü şəraitində keçib və Rumıniya millisi 3:0 hesabı ilə qələbə qazanıb (25:4, 25:12, 25:13). Qrupun digər oyununda isə Rusiya millisi Portuqaliyanı 3:0 hesabı ilə məğlub edib.

Beləliklə, "E" qrupunda Rusiya millisi 8 xalla 1-ci yeri tutaraq 1-9 aprel tarixlərində Hollandiyada keçiriləck Avropa Çempionatının final mərhələsinə vəsiqə qazanıb. Qrupda Rumıniya millisi 7 xalla 2-ci, Portuqaliya yığması isə 3 xalla 3-cü yeri tutub. Rumıniya millisi AÇ-nin final mərhələsini çıxacaq 3 ən yaxşı 2-ci yerin sahibi kimi hələ ki, şansını saxlayır. Azərbaycan millisi yarışı 0 xal ilə sonuncu pillədə başa vurub.

Sizin Reklam Yeriniz