Əlaqə Arxiv
news Image
2017.01.17
14:28
| A A A
Məşhur "Maracana" stadionuna sahib çıxan yoxdur

Braziliyanın məşhur "Maracana" stadionuna sahib çıxan yoxdur. Movqe.az goal.az-a istinadən  xəbər verir ki, "Odebrecht" şirkəti arenanı saxlamaqdan imtina edir. 2013-cü ildə Rio-de-Janeyro ştatının hakimiyyəti ilə sözügedən şirkət arasında müqavilə imzalanmışdı. 30 il müddətinə nəzərdə tutulan müqaviləyə görə  "Odebrecht" səhmlərin 95%-ə sahib çıxmışdı. 2016-cı ildə "Maracana" müvəqqəti olaraq "Rio-2016" Olimpiadası Təşkilat komitəsinin balansına keçdi. Dördilliyin ən böyük turnirindən sonra isə kompaniya arenanı geri almaqdan imtian etdi. "Odebrecht" Təşkilat komitəsinin lazmi işləri aparmadığını əsas gətirib. Rio-de-Janeyro məhkəməsi təşkilat komitəsinin lehinə qərar çıxarıb. "Odebrecht" isə bu qərardan apellyasiya şikayəti verməyə hazırlaşır. 

Sizin Reklam Yeriniz