Əlaqə Arxiv
news Image
2017.01.20
13:00
| A A A
Yığmamız Valentin Qranatkin turnirində son oyununu keçirəcək

FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunan XXIX ənənəvi beynəlxalq turnirdə 1999-cu il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması bu gün son oyununu keçirəcək.

Movqe.az goal.az-a istinadən xəbər verir ki, Təbriz Həsənovun rəhbərlik etdiyi komanda 9-cu yer uğrunda görüşdə Belarus yığması ilə üz-üzə gələcək.

Azərbaycan yığması bu pillə uğrunda mübarizə aparmaq üçün ilk olaraq İrana 1:0, ardınca Estoniyaya 3:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Azərbaycan yığması çıxış etdiyi C qrupunun sonuncusu olub. Litvaya 1:2, Slovakiyaya isə 0:1 hesabı ilə məğlub olan komanda Qazaxıstanla sülh bağlayıb - 2:2. 9 - 16-cı yerlər uğrunda mübarizədə isə yığma İrana 1:0 hesabı ilə qalib gəlib.

Sizin Reklam Yeriniz