"Liverpool"un futbolçusu "Hull City"də
İngiltərənin "Hull City" klubu heyətinə daha bir futbolçu qatıb.
Movqe.az goal.az-a istinadən xəbər verir ki, "Liverpool"un yarımmüdafiəçisi Lazar Markoviç mövsüm sonunadək icarə əsasında "Hull City"nin formasını geyinəcək.
Markoviç 2016/2017-ci illər mövsümünün ilk yarısını Portuqaliyanın "Sporting" klubunda keçirib. 22 yaşlı serb müdafiəçi yayda "Liverpool"la müqavilə imzalayıb.