Əlaqə Arxiv
news Image
2017.02.24
12:23
| A A A
Caner Erkin: "Striptiz göstərən qadından ana olmaz" - Foto
"Beşiktaş"ın futbolçusu Caner Erkinlə sabiq həyat yoldaşı Asena Atalay arasındakı gərginlik hər ötən gün bir az da artır.

Movqe.az Goal.az-a istinadən  xəbər verir ki, cütlük anlaşmalı şəkildə boşansa da, Canerin Şükran Ovalı ilə evliliyindən sonra Asenanın tələbləri bitmək bilmir.Caner övladı üçün lazım olan ödənişləri etdiyini desə də, Asena yüksək məbləğ tələb edirdi. Məhkəmə də Asenanın tələb etdiyi məbləğin yüksək olduğunu bildirib.

Baş verən bütün bu söz-söhbətlər ulduz futbolçunun oğlunu öz nüfuzuna keçirmək istəməsi ilə yekunlaşıb. Asenanın İnstagram hesabında "dirək görəndə dayana bilmirəm" başlığı ilə paylaşdığı striptiz videosu Caneri özündən çıxarıb:

 

"Keçmiş həyat yoldaşım uşağım üçün məndən tələb etdiyi pulları özü üçün xərclədiyir və zamanını oğlu ilə keçirməli olsa da səyahətlərdə, gecə klublarında, partilərdə və striptiz klublarında əylənir. Striptiz göstərən qadından ana olmaz".

 

Xatırladaq ki, Asena sözügedən paylaşımı Caner Erkinin xəbərdarlığı sonrası silib.

 

Sizin Reklam Yeriniz