news Image
2017.03.02
13:56
| A A A
Bakı 2017-nin rəsmi formaları

Bu gün İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi tərəfindən 4-cü İslam Həmrəyliyi Oyunlarının rəsmi vahid geyim formaları ictimaiyyətə təqdim edilib.
Movqe.az-ın Əməliyyat Komitəsinə istinadən verdiyi məlumata görə, Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin Brend şöbəsinin hazırladığı vahid geyim formalarını peşəkar dizaynerlər komandası nümayiş etdirib.
Texniki işçilər, işçi heyəti, podratçılar üçün vahid geyim formaları fərqli görünüş və dizayna malikdir. Yeri gəlmişkən, Bakı 2017 4-cü İslam Həmrəyliyi Oyunlarının könüllüləri və işçi heyəti üçün hazırlanmış geyim formaları eyni dizayn və görünüşdədir.
Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov formaların təqdimatı ilə bağlı deyib: “Vahid geyim formaları hər bir Oyunların önəmli atributu sayılır və məqsədimiz bu formalar vasitəsilə Oyunların ab-havasını ictimaiyyətə çatdırmaqdır. Bu formaları geyinən hər kəs Oyunların bir hissəsi olmaqla bərabər, eyni zamanda 4-cü İslam Həmrəyliyi Oyunlarının sülh, hörmət, bərabərlik mesajını da dünyaya çatdırmış olacaq”.
Geyim formalarının üzərində Bakı 2017 Oyunlarının loqosu, Azərbaycan xalçalarının naxış elementləri və İslam xalça ikonoqrafiyası, eləcə də petroqliflər əks etdirilib. İslamı təcəssüm etdirən yaşıl rəng 4-cü İslam Həmrəyliyi Oyunlarının da rəngi olaraq, əsas işçi heyətinin və könüllülərin formalarında özünəməxsus ahəngdarlığı ilə seçilir.
Yeri gəlmişkən, Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının vahid geyim formasına köynək, papaq, kiçik bel çantası və şalvar daxildir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs