news Image
2017.03.03
10:26
| A A A
“Azərbaycan – İran idmançılarının döyüşlərinin maraqlı alınacağına əminəm”

Martın 3-də peşəkarlar kikboksinqçilər arasında VIII Heydər Əliyev Kuboku keçiriləcək.

Movqe.az-ın goal.az-a istinadən  məlumatına görə, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan yarışda Azərbaycan və İran idmançıları döyüşəcəklər.

Bu gün WAKO ASIA-nın prezidenti Nasser Nassiri, hər iki ölkənin kikboksinq federasiyalarının rəsmiləri, həmçinin komandalarının baş məşqçilərinin və idmançılarının iştirakı ilə mətbuat konfransı və çəki mərasimi təşkil olunub.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Kikboksinq Federasiyasının (AKF) vitse-prezidenti Güloğlan Cabbarov bildirib ki, ənənəvi keçirilən yarış dünyanın müxtəlif ölkələrində də təşkil edilib.

Nassiri isə Bakıda olmaqdan məmnunluğunu ifadə edib. Onun sözlərinə görə, sabah keçiriləcək turnirin yüksək səviyyədə təşkil olunacağına şübhəsi yoxdu: “Gözləyirəm ki, təcrübə baxımından da maraqlı olacaq. Hər 2 ölkə bir-birindən müəyyən şeylər öyrənə bilər. Sabahkı şounun çox maraqlı alınacağına da əminəm. Bəzi idmançılarımız özlərini qorumaq üçün ayaq qoruyucusu ilə döyüşəcək. Bu da onların gələn ay Asiya çempionatında iştirakı ilə bağlıdı”.

AKF-in digər vitse-prezidenti Səbuhi Rəcəb isə yarışın əhəmiyyətindən danışıb. O bildirib ki, belə yoxlama döyüşlərində əsas məqsəd 2 ölkə arasında dostluq münasibətlərini daha da möhkəmlətməkdi.

Çəki mərasimində Azərbaycan idmançısı Orxan Məlikovun çəkisinin artıq olduğu məlum olub. O, sabah saat 11:00-a kimi çəkisini 1,6 kq azaltmasa texniki məğlubiyyət alacaq.

Turnirdə hakimlik edəcək Şahin Koçak isə döyüşlərdə ədaləti ləyaqətlə qoruyacaqlarını deyib.

Qeyd edək ki, Boks Mərkəzində olacaq yarış sabah saat 18:00-da start götürəcək. Azərbaycan kikboksinqçilərindən lou-kikdə Elşən Qəniyev (63,5 kq) İraj Muradini, Ruslan Musayev (67 kq) Həmid Amnini, Rəhim Əliyev (71 kq) Əli Bani Əsədi və Alışan Aslanlı (75 kq) Seyid Əmirini sınağa çəkəcək.

K-1 döyüşçülərimizdən isə Ramal Aslanov (71 kq) Həmid Asli ilə, Ehtiram Rzayev (81 kq) Abufazil Qudarzi ilə və Orxan Məlikov (86 kq) Omid Nüsrəti ilə və üz-üzə gələcək.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs