news Image
2017.03.03
15:38
| A A A
"Qızıl top"un sahibi vəfat etdi

1958-ci ildə "Qızıl top"a sahib olmuş fransalı futbolçu Raymon Kopa 85 yaşında dünyasını dəyişib. 

Kopa 1958-ci il dünya çempionatının bürünc mükafatçısı, İspaniya "Real Madrid"inin heyətində Çempionlar Kubokunun üçqat qalibi (1956, 1958, 1959) olub. O, 4 qat Fransa çempionu və İspaniya La Liqasının ikiqat qalibidir. 

Mərhum forvard Fransa millisinin heyətində 45 oyuna 18 qol vurub. O, Fəxri Legion ordeninə (1970) layiq görülmüş ilk futbolçu olub. 

 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs