Əlaqə Arxiv
news Image
2017.03.07
15:21
| A A A
3 oyunluq cəza, hakim barədə ölçü götürüləcək

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Movqe.az goal.az-a istinadən  xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının XXI turunun “Kəpəz” – AZAL matçının video yazısını izlədikdən sonra İntizam Komitəsi aşağıdakı qərarı qəbul edib:

Oyunun 64-cü dəqiqəsində AZAL klubunun 44 №-li futbolçusu Alamadine Omega Roberts rəqib futbolçuya qarşı aqressiv hərəkətinə görə futbolçu 3 oyun cəzalanır, klub 2400 manat cərimə olunur (maddə 38.2).

Hakimlər Komitəsi hakim haqqında lazımi ölçü götürüb İntizam Komitəsini məlumatlandırsın.

Qeyd edək ki, sözügedən qarşılaşmada ədaləti Orxan Məmmədovun idarə etdiyi hakimlər briqadası qoruyurdu. 

Sizin Reklam Yeriniz