Əlaqə Arxiv
news Image
2017.03.10
11:29
| A A A
Tərlan Quliyev: "Millidə ilk qolumu vurduğuma görə çox sevinirəm"

“Milli komandanın heyətində ilk qolumu vurdum və buna görə çox sevinirəm. Vacib olan komandamızın qələbə qazanması idi. Bu qələbə Almaniya yığması ilə oyuna yaxşı motivasiya olmağımıza kömək edəcək. Meydanda əzmkarlıq nümayiş etdirdik. Bu qələbənin ardını gətirmək lazımdır".

Movqe.az goal.az -a istinadən xəbər verir ki, bu sözləri Qətər üzərində 2:1 hesablı qələbədən sonra Tərlan Quliyev bildirib.

"Birinci hissədə hər iki komanda kəşfiyyat xarakterli oyuna üstünlük verdi. Fasilədən sonra biz hesabı açdıq və sanki rəqib ayıldı, hücumlar qurmağa başladı. Bu da normal haldır, çünki Qətər yığması ev sahibidir. Əsas qələbə qazanmaq, Almaniya millisi ilə oyuna yüksək əhval-ruhiyyədə yollanmaq idi, biz də bunu bacardıq”, - deyə o əlavə edib.

Sizin Reklam Yeriniz