Əlaqə Arxiv
news Image
2017.03.13
10:44
| A A A
Premyer Liqada dördüncü dövrə start götürür

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IV dövrəyə start veriləcək.

Movqe.az-ın goal.az-a istinadən məlumatına görə, XXII turun ilk oyun günündə 2 görüş olacaq.

Gəncə şəhər stadionunda "Kəpəz" "Zirə"ni qəbul edəcək. Fariz Yusifovun idarə edəcəyi matç hər iki komanda üçün Avropa Liqasına vəsiqə yolunda böyük önəmə malikdir. Komandalar indiyədək 7 dəfə üz-üzə gəlib. Komandalar hərəyə 2 qələbə qazanıb, 3 oyunda qalib müəyyənləşməyib. Topların nisbəti gəncəlilərin xeyrinədir - 9:8. Meydan sahibi olan komanda indiyədək uduzmayıb. Son üç matçda qonaq tərəf qola və xala həsrət qalıb. “Kəpəz”in ev oyunlarının hamısında 2 qol qeydə alınıb.

"İnter"lə "Sumqayıt" isə 20-ci dəfə qarşılaşacaq. Əvvəlki görüşlərdə paytaxt komandası 11, "gənclik şəhəri" təmsilçisi 2 qələbə qazanıbsa, 6 matçda heç-heçə qeydə alınıb. Topların nisbəti də "bankirlər"in xeyrinədir - 31:14. “İnter”in meydanındakı son 3 oyunda 4 və ya daha çox qol vurulub. “Sumqayıt” 5 oyundur qalib gələ bilmir. “İnter” 8 görüşdür meydanı qolsuz tərk etmir.

Azərbaycan Premyer Liqası

XXII tur

13 mart (bazar ertəsi)

15:00. “Kəpəz” – “Zirə”

Hakimlər: Fariz Yusifov, Vüqar Bayramov, Cəmil Quliyev, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Rauf Hüseynli

Hakim-inspektor: Əhmədağa Cabbarov

Gəncə şəhər stadionu

İlk 3 dövrədəki oyunlar: 2:0, 0:2, 0:1

18:00. “İnter” – “Sumqayıt”

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Vüsal Qənbərov, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Eldar Qasımov

Hakim-inspektor: Şahin Cəfərov

“İnter Arena”

İlk 3 dövrədəki oyunlar: 2:1, 3:1, 2:2

Sizin Reklam Yeriniz