Əlaqə Arxiv
news Image
2017.03.14
12:25
| A A A
Bir neçə futbolçu PSG-dən getmək istəyir

PSG-nin Çempionlar Liqasında mübarizəni dayandırması bir neçə futbolçunun komandanı tərk etməsi ilə müşaiyət oluna bilər. Bunların birincisi Anhel Di Mariadr. Movqe.az goal.az-a istinadən  xəbər verir ki, argentinalı yarımmüdafiəçi 80% ehtimalla yayda Paris klubu ilə yollarını ayıracaq. Onun "Tianjin Quanjan"ın təklifini qəbul edib Çinə getməyi istisna olunmur. Bundan başqa Blez Matuidi də yol üstündə olan futbolçulardan biri kimi göstərilir. Ötən yay olduğu kimi onun "Juventus"a transferi aktualdır. Marko Verratti və Markinyosun da PSG-dəki gələcəyi sual altındadır. 

Sizin Reklam Yeriniz