Əlaqə Arxiv
news Image
2017.03.15
14:30
| A A A
Sampaoli: "Bu oyunun bir yuxu olduğunu düşünmək istəyirəm"

"Sevilla"nın baş məşqçisi Xorxe Sampaoli komandanın iki oyunun nəticəsinə görə "Leicester City"yə uduzaraq Çempionlar Liqasında mübarizəni dayandırmasından sonra fikirlərini bölüşüb.

Movqe.az goal.az-a istinadən  xəbər verir ki, argentinalı mütəxəsis bunları deyib:

"Komanda sona qədər döyüşdü. Futbolçularla fəxr edirəm. Azlıqda oynasaq da, penalti qazandıq və hücumda qol axtardıq. Birinci oyundakı kimi üstünlük "Sevilla"nın tərəfində idi. Amma hücumları başa vurmaqda stabillik çatışmadı. Futbol kiçik detallardan asılıdır. Bu baxımdan zəif olduq. Gələcəkdə harda olacağımı bilmirəm. İndi ancaq bu oyunun bir yuxu olduğunu düşünmək istəyirəm".

Sizin Reklam Yeriniz