Əlaqə Arxiv
news Image
2017.03.24
15:30
| A A A
2018-ci il dünya çempionatının növbəti seçmə qrup matçları keçiriləcək
V turun ilk oyun günündə Türkiyə Finlandiyanı qonaq edəcək

Avropa zonasında futbol üzrə 2018-ci il dünya çempionatının növbəti seçmə qrup matçları keçiriləcək. 

Movqe.az-ın məlumatına görə, bu gün start götürəcək V turun ilk oyun günündə D, G və I qruplarında yer alan komandalar üz-üzə gələcəklər.
Azərbaycanlı futbolsevərlər üçün əsas maraq kəsb edən oyun Türkiyə - Finlandiya qarşılaşmasıdır. 5 xalla 4-cü pillədə qərarlaşan Fatih Terimin komandasını mundiala vəsiqə qazanmaq şansını əldən verməmək üçün ev oyununda 3 xal qazanmalıdır.
D qrupunun lideri İrlandiya Uelsi qonaq edəcək. Serbiya isə səfərdə Gürcüstanla görüşəcək.
I qrupunun iddialıları İtaliya və İspaniya yığmaları növbəti matçlarını evdə keçirəcəklər. Sözügedən kollektivlər müvafiq olaraq, Albaniya və İsrail milli komandalarını qəbul edəcəklər.

Sizin Reklam Yeriniz