Əlaqə Arxiv
news Image
2017.03.27
16:12
| A A A
Hummels: "Azərbaycanla oyuna biraz arxayın çıxmışdıq"

Almaniya millisinin müdafiəçisi Mats Hummels 2018 DÇ seçmə mərhələsində Azərbaycan üzərində qazanılan qələbəni şərh edib.

Movqe.az goal.az-a istinadən  xəbər verir ki, futbolçu millimizə oynamaq üçün çox imkan yaratdıqlarını bildirib.

"Azərbaycana olduğundan daha yaxşı görünmək üçün imkan verdik. Oyuna biraz arxayın çıxmışdıq. Bu, yaxşı hal deyil. Arxayınlıq səbəbindən işimizi çətinləşdirdik. Daha rahat qələbə qazana bilərdik".

Sizin Reklam Yeriniz