Əlaqə Arxiv
news Image
2017.03.29
16:45
| A A A
Ronaldo: "Bəzi insanlar adımın aeroporta verilməsindən xoşlanmadı"

Kriştianu Ronaldonun doğulduğu Madeyra adasının hava limanına onun adı verilib. Movqe.az goal.az-a istinadən  xəbər verir ki, bu gün baş tutan mərasimdə yüzlərlə insan iştirak edib. Aeroportun rəsmi adı "Madeyra Beynəlxalq hava limanı - Kriştianu Ronaldo" olub.

"Adımın hava limanına verilməsi mənə xüsusi bir hiss yaşatdı. Hər kəs bilir ki, doğma torpağım və vətənimlə fəxr edirəm. Bu məsələdə qətiyyət və cəsarət göstərən dostum Miqel Albukerkeyə (red. Madeyranın prezidenti) təşəkkür edirəm. Bu barədə ondan heç bir xahiş etməmişəm. Amma etiraf edim ki, özümü xoşbəxt hiss edirəm. Bəzi insanlar adımın aeroporta verilməsindən xoşlanmadı. Riyakarlıq etməyəcəm. Məni sevənlərin burda olmasına sevindim. Demokratik ölkədə yaşayırıq Hər kəs öz fikirlərini sərbəst ifadə edə bilər. Mən həmişə fikrini birbaşa söyləyənləri kiminsə arxasınca danışanlardan üstün görmüşəm. Üzərimdəki məsuliyyəti dərk edirəm. Portuqaliya və Madeyranın adını yüksəkdə tutmağa çalışacam" - ulduz futbolçu mərasimdə qeyd edib.

Sizin Reklam Yeriniz