news Image
2012.04.25
11:34
| A A A
Üç gündə iki mükafat aldı

İngiltərə Premier Liqa komandalarından biri olan Arsenalın oyunçusu Robin van Persi Futbol Yazıçıları Birliyi tərəfindən ''ilin futbolçusu'' seçilib. Seçkidə 400-ə yaxın futbol yazıçısı səs verib.

28 yaşlı hollandiyalı futbolçu bu mövsüm cəmi 34 qola imza atıb. Van Persi 27 qolla Premier Liqada "Qolun kralı" siyahısında birinci yeri tutub.

Bu Arsenal kapitanının üç gün içində aldığı ikinci mükafat olub. "Manchester City"li Sercio Aquero, "Tottenham"dan Skot Parker ilə "Manchester United"-in qolçusu Vayn Runini geridə qoyan Van Persi Arsenala 2004-cü ildə transfer olub.

Professional Futbolçular Birliyi Başçısı Gordon Taylor bildirib ki, "Denis Bergkamp, Ruud van Nistelroy və Marko van Basten kimi əhəmiyyətli oyunçulara baxdıqda Van Persinin Hollandiyadan çıxan yüksək səviyyəli hücum oyunçularından biri olduğunu rahatlıqla söyləyə bilərik."


Ziba Yusifova


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs