Əlaqə Arxiv
news Image
2017.04.21
16:37
| A A A
Avropa Liqasında yarımfinalın püşkü atıldı

UEFA Avropa Liqasında yarımfinal mərhələsinin püşkü atılıb. Movqe.az goal.az-a istinadən xəbər verir ki, turnirin əsas favoriti "Manchester United" finala çıxmaq üçün "Celta"nı mübarizədən kənarlaşdırmmalı olacaq. "Beşiktaş"ı mübarizədən kənarlaşdıran "Lyon"u isə əzmkarlıqla yarımfinala çıxan "Ajax"la çətin sınaq gözləyir.  

Avropa Liqası, yarımfinal cütləri 

"Ajax" (Hollandiya) - "Lyon" (Fransa)

"Celta" (İspaniya)  - "Manchester United" (İngiltərə)

Yarımfinalın ilk oyunları mayın 4-ü, cavab oyunları isə 11-də baş tutacaq. Turnirin finalı mayın 24-də İsveçin "Friends Arena" stadionunda keçiriləcək. 

Sizin Reklam Yeriniz