Əlaqə Arxiv
news Image
2017.04.24
11:15
| A A A
İslamiadada İranın bayraqdarı xanım idmançı olacaq

İranın Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarındakı bayraqdarı qadın idmançı olacaq.

Movqe.az goal.az-a istinadən  xəbər verir ki, İran Milli Olimpiya Komitəsinin (MOK) rəsmi saytı 25 yaşlı atıcı Mahlağa Jambozorqun mayın 12-də Bakı Olimpiya Stadionunda keçiriləcək Açılış Mərasimində öz ölkəsinin bayrağını daşıyacağını yazıb. 

Qeyd edək ki, İslamiadada İranın 180-dək idmançısı 16 növ üzrə mübarizə aparacaq. Mahlağa Jambozorq 2012-ci il London və 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 10 metr məsafəyə tapançadan atəş açma yarışında mübarizə aparıb. O, 2015-ci il Universiadasında qızıl, gümüş və 2 bürünc, 2010-cu il Asiya Oyunlarında gümüş və bürünc medal qazanıb

Sizin Reklam Yeriniz