Əlaqə Arxiv
news Image
2017.04.24
14:35
| A A A
Dmitri Nazarov: "Belə hisslər yaşamamışdım"

Azərbaycan yığmasının futbolçusu Dmitri Nazarov oynadığı “Aue” klubu II Bundesliqanın XXX turunda  “Hannover”lə 2:2 hesablı heç-heçə edib. Nazarov oyunun 90+4-cü dəqiqəsində fərqlənərək, liqada qalmaq uğrunda mübarizə aparan komandasına vacib 1 xal qazandırıb.

Movqe.az goal.az-a istinadən  xəbər verir ki, görüşdən sonra açıqlama verən Dima hazırkı vəziyyətlə bağlı danışıb. O, “Hannover”lə matçdakı nəticəyə toxunaraq, azarkeşlərin stadionda möhtəşəm atmosfer yaratdıqlarını vurğulayıb: “Nəfəskəsici anlar idi. Belə hisslər yaşamamışdım. Mənə elə gəldi ki, azarkeşlər sevincdən stadionu dağıdacaqlar. Növbəti ev oyununda da iştirak etmək və eyni hissləri yaşamaq istərdim. Çox xoşuma gəldi”.

“Aue” sona 4 tur qalmış “Vurzburger” və “Münhen 1860” komandaları ilə birlikdə 33 xal toplayaraq, turnir cədvəlində 16-cı pillədə qərarlaşıb.

Sizin Reklam Yeriniz