Əlaqə Arxiv
news Image
2017.04.25
13:55
| A A A
“IV İslam Həmrəyliyi Oyunlarının təşkili və keçirilməsi ilə əlaqədar akkreditasiya tədbirləri haqqında” qərar qəbul edilib

Nazirlər Kabineti “IV İslam Həmrəyliyi Oyunlarının təşkili və keçirilməsi ilə əlaqədar akkreditasiya tədbirləri haqqında” qərar qəbul edib.

Movqe.az-ın  goal.az-a istinadən xəbərinə görə, sənədi baş nazir Artur Rasi-zadə imzalayıb.

Sənədlə “Akkreditasiya olunacaq şəxslərin dairəsi”, “Akkreditasiyadan keçmə Qaydası” və “Akkreditasiya kartının forması” təsdiqlənib.

Sənədlə Gənclər və İdman Nazirliyi, Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Miqrasiya Xidməti, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti dövlət orqanlarına akkreditasiya sisteminin təşkili və fəaliyyətinin təmin edilməsi üçün zəruri tədbirlər görmələri tapşırılıb.

Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Sizin Reklam Yeriniz