news Image
2014.02.03
19:44
| A A A
Rəqib tanımırlar
İtaliya “ A seriya”sında rəqib tanımayan “Yuventus” növbəti dəfə qələbəni bayram edib.

Movqe.az-ın xəbər verir ki, 22-ci turda "İnter"lə qarşılaşan "Yuventus" 3-1 hesablı qələbə qazanıb. Stefan Lixştayner, Kellini və Arturo Vidalın vurduğu qollar "qoca sinyora"ya növbəti 3 və ümumilikdə,59-cu xalı qazandırıb. "İnter"in heyətində Rolandonun qolu isə sadəcə olaraq, hesab arasındakı fərqi 2 topa endirib. Liderliyini bu qələbə ilə daha da möhkəmləndirən "Yuve" 1 oyun az keçirən ən yaxın izləyicisi , Roma"nı 9 xal qabaqlayır.