news Image
2014.02.11
19:31
| A A A
Ağır atletika üzrə Azərbaycan çempionatı keçiriləcək

Fevralın 13-dən 15-dək kişi və qadınlar arasında ağır atletika üzrə Azərbaycan çempionatı keçiriləcək. Movqe.az Azərbaycan Ağır Atletika Federasiyasına istinadən məlumat verir ki, yarış Gənclər və İdman Nazirliyi və federasiyanın birgə təşkilatçılığı ilə keçirilir. Azərbaycan çempionu adı uğrunda respublikamızın rayon, cəmiyyət və klublarından olan atletlər mübarizə aparacaqlar. Yarışlar Ağır Atletika Akademiyasının idman arenasında keçiriləcək.