Əlaqə Arxiv
news Image
2014.05.08
18:53
| A A A
FİFA yığmaların reytinqi açıqladı
Milli komandamız reytinq siyahısında mövqeyini dəyişməyib

Futbol FİFA yığmaların aylıq reytinq cədvəlini açıqlayıb. Movqe.az-ın məlumatına görə, milli komandamız reytinq siyahısında mövqeyini dəyişməyib. Milli yığmamız aktivindəki 398 xalla reytinq cədvəlində 85-ci pillədədir. Reytinq siyahının ilk üç pilləsində isə dəyişiklik olmayıb. İspaniya millisi 1460 xalla 1-ci, Almaniya 1340 xalla 2-ci, Portuqaliya isə 1245 xalla üçüncü pillədədir. 2014-cü futbol üzrə Dünya Çempionatının ev sahibi Braziliya isə 2 pillə birdən yüksələrək 1225 xalla 4-cü sırada qərarlaşıb.

Reytinq cədvəlindəki digər yığmalardan Rusiya 903 xalla 18-ci, Ermənistan 750 xalla 33-cü, Türkiyə yığması isə 711 xalla 39-cu pillədə yer alıb.

Sizin Reklam Yeriniz